"Sumqayıt"dan rekord göstərici
Premyer Liqada 2011-ci ildə debüt edən "kimyaçılar" əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar "Qarabağ" və "Xəzər Lənkəran"la görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.






















