17 Oktyabr 2026, 12:42
FUTBOL
"Real"ın hücumçusu Kilian Mbappe klub karyerasında bütün turnirlər daxil olmaqla 500-cü məhsuldar fəaliyyətinə imza atıb. Fransalı forvard üçün Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda "Roma" ilə keçirilən oyun (4:3) yubiley matçı olub.
Matc.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı futbolçunun aktivində "Monako", PSJ və "Real"ın heyətində ümumilikdə 378 qol və 122 məhsuldar ötürmə var.
Cari mövsümdə Mbappe 11 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Madrid təmsilçisi növbəti oyununu oktyabrın 18-də İspaniya çempionatında "Sevilya"ya qarşı keçirəcək.













