"Bursaspor"un hücumçusu Keleçi İheanaço unikal bombardirlik rekordu müəyyənləşdirərək adını Türkiyə futbolu tarixinə yazdırıb.

Matc.az xəbər verir ki, bu barədə TMW nəşri məlumat yayıb.

Bildirilir ki, "Muğlaspor"a qarşı səfər matçında dubl edən nigeriyalı forvard komandasının 3:0 hesablı inamlı qələbə qazanmasına kömək edib. O, Türkiyənin peşəkar liqaları tarixində çempionatda ardıcıl on oyunda qol vuran ilk futbolçu olub.

İheanaço bununla da "Qalatasaray"ın əfsanəsi Metin Oktay tərəfindən 1962/63 mövsümündə müəyyənləşdirilən rekordu təzələyib. Bu uğuru 30 il əvvəl "Kocaelispor"un futbolçusu Saffet Sancaklı təkrarlamışdı və onlar 1995/96 mövsümündən bəri rekordu şərikli bölüşürdülər.

Qeyd edək ki, Keleçi daha əvvəl İngiltərə Premyer Liqasında "Lester" və "Mançester Siti"nin heyətində çıxış edib. Ötən mövsüm isə "Seltik"lə Şotlandiya çempionatını və Kubokunu qazanıb.

"Bursaspor"a azad agent kimi keçən nigeriyalı oyunçu yeni klubunda 10 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest