"Həm süni örtükdə oynadığımız, həm də "Şamaxı" evdə yaxşı təsir bağışladığı üçün matçın çətin keçəcəyini bilirdik. Komandamı təbrik edirəm. Futbolçularım əllərindən gələnin ən yaxşısını etdilər və layiqli qələbə qazandılar"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azırbaycan Premyer Liqasının 27-ci turunun oyununu - "Şamaxı" ilə səfər matçını dəyərləndirib. Matc.az xəbər verir ki, 1:0 hesablı qələbə sayəsində Konfrans Liqasına vəsiqəni rəsmiləşdirən "qırımızı-qaralar"ın çalışdırıcısı belə danışıb:
 
"Həm süni örtükdə oynadığımız, həm də "Şamaxı" evdə yaxşı təsir bağışladığı üçün matçın çətin keçəcəyini bilirdik. Komandamı təbrik edirəm. Futbolçularım əllərindən gələnin ən yaxşısını etdilər və layiqli qələbə qazandılar.
 
Avrokuboklara qatılacağımıza inanırdıq. Bu inamı bizə inamlı çıxışları ilə futbolçular verirdilər. Əlbəttə, enişlərimiz olurdu, amma daha yaxşısına ümid edirdik. Bu komanda daha yaxşısına layiqdir. Komanda bizim xalları sayanların layiqli cavabını meydançada verdi. İnanıram ki, daha yaxşı olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest