Libertadores Kubokunun finalında Braziliyanın “Palmeyras”  klubu Argentina təmsilçisi “Estudiantes”i 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Matc.az xəbər verir ki, Uruqvayın paytaxtı Montevideodakı “Centenario” stadionunda keçirilən həlledici qarşılaşmada Braziliya klubuna kuboku qazandıran yeganə qolu 52-ci dəqiqədə Ramon Sosa vurub.

Beləliklə, 5 illik Libertadores Kuboku həsrətinə son qoyan “Palmeiras” tarixində 4-cü dəfə Cənubi Amerikanın ən güclüsü adını qazanıb. Komanda daha əvvəl 1999, 2020 və 2021-ci illərdə bu uğura imza atmışdı.

Qeyd edək ki, bununla da Braziliya klubları Copa Libertadores-də ardıcıl 8-ci dəfə çempionluq sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest