28 Noyabr 2026, 15:19
FUTBOL
Rusiyanın “Zenit” klubunun sabiq müdafiəçisi Vasili Danilov dünyasını dəyişib.
Matc.az xəbər verir ki, klubun rəsmi saytında mərhum futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verilib.
1941-ci il mayın 13-də Voronej vilayətində anadan olan Danilov 1961-ci ilin yazında, 19 yaşında “Zenit”də debüt edib. İlk mövsümündə yüksək liqada çıxış edən futbolçu ölkənin ən yaxşı 33 oyunçusu siyahısına daxil edilib. O, karyerası ərzində daha dörd dəfə bu siyahıda yer alıb. Danilov iki dəfə birinci sırada göstərilib.
1962-ci ildə dünya çempionatına namizəd futbolçular arasında yer alan müdafiəçi son heyətə düşə bilməyib. 1966-cı ildə isə İngiltərədə keçirilən dünya çempionatında iştirak edib və SSRİ yığmasının turniri dördüncü pillədə başa vurması ilə bürünc medal qazanıb.
Danilov “Zenit”in heyətində 172 oyun keçirib və 6 qol vurub. O, həmçinin klub tarixində SSRİ millisində ən çox oyun keçirən futbolçu kimi rekordun sahibidir.
“Zenit” klubu əfsanəvi futbolçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.













