28 Noyabr 2026, 15:22
FUTBOL
Türkiyənin Hatay şəhərində yerləşən Hatay stadionunda təmir və gücləndirmə işləri böyük ölçüdə tamamlanıb.
Matc.az xəbər verir ki, stadion 2023-cü il fevralın 6-da baş verən zəlzələlər zamanı zərər görüb.
Qeyd edək ki, Hataysporun Türkiyə Super Liqası çərçivəsində “Kasımpaşa”nı qəbul etdiyi oyundan bir neçə saat sonra bölgədə güclü zəlzələlər baş vermişdi. Təbii fəlakət nəticəsində Hatay stadionunda da ciddi zədələnmələr qeydə alınmışdı.
Hazırda arenada aparılan bərpa və möhkəmləndirmə işləri böyük ölçüdə başa çatdırılıb.













