Oyunçular əllərindən gələni etməyə çalışdılar

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Yuri Maksimov qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Rusiyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:
 
“Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdur. Bilirdik ki, çətin oyun olacaq. Komandamız tam komplektləşməyib, futbolçularımız çatışmır. Oyunçular əllərindən gələni etməyə çalışdılar”.
 
Maksimov “Araz-Naxçıvan”ın nə vaxt qələbə qazanacağı ilə bağlı suala qısa cavab verib:
 
“Biz də bunu istəyirik”.
 
Qış fasiləsində heyətə neçə futbolçunun cəlb olunacağı barədə danışan baş məşqçi transferlərlə bağlı planlarının olduğunu bildirib:
 
“Hər bir halda nəsə etməyə çalışacağıq”.
 
Mütəxəssis növbəti iki turda çempionluğa iddialı komandalarla qarşılaşacaqlarını da qeyd edib:
 
“Meydana çıxıb oyunumuzu oynayacağıq. Futbol elədir ki, bəzən alınır, bəzən alınmır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest