İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Yunayted” doğma meydanda “Brentford”a 0:4 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşmada qonaqların heyətində Kalum Uilson dubl edib. Kristoffer Ayer və Kevin Şade isə hərəyə bir dəfə fərqləniblər.
Bu qələbə “Brentford” üçün də tarixi əhəmiyyət daşıyıb. London təmsilçisi 1937-ci ildən sonra ilk dəfə “Mançester Yunayted”i səfərdə məğlub edib. Həmin ilin fevralında baş tutan görüşdə “qırmızı şeytanlar” 1:3 hesabı ilə uduzublar. Bundan sonra “Mançester Yunayted” rəqibini doğma meydanda ardıcıl səkkiz oyunda məğlub etmişdi.
Bu nəticə “Mançester Yunayted”in çempionatda ardıcıl 10-cu qələbəsiz oyunu olub. Bu, klubun Premyer Liqa tarixində ən uzun qələbəsiz seriyasıdır. Komanda cari mövsümdə yeganə qələbəsini 2-ci turda “İpsviç Taun”la görüşdə (5:2) qazanıb.
12 turdan sonra 8 xalı olan “Mançester Yunayted” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Brentford” isə xallarını 20-yə çatdıraraq 5-ci sıraya yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest