“Barselona” mənim transferim üçün 20 milyon dollar ödəmişdi, lakin sonradan klub mənim satışım sayəsində daha çox gəlir əldə etdi. Kataloniya təmsilçisində ildə 2 milyon avro qazanırdım”

Braziliya millisinin sabiq hücumçusu Ronaldo 1997-ci ildə “Barselona”dan ayrılaraq karyerasını İtaliya “İnter”ində davam etdirmək qərarının səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, əfsanəvi futbolçu Kataloniya klubundan ayrılmasında maliyyə amilinin əsas rol oynadığını bildirib.
“Football Italia”ya danışan Ronaldo həmin dövrü xatırlayıb:
 
“Barselona” mənim transferim üçün 20 milyon dollar ödəmişdi, lakin sonradan klub mənim satışım sayəsində daha çox gəlir əldə etdi. Kataloniya təmsilçisində ildə 2 milyon avro qazanırdım. “İnter” isə mənə 8 milyon avro maaş təklif etdi. Keçidə razılıq verməyimin əsas səbəbi bu idi”.
 
Qeyd edək ki, Ronaldo 1996-cı ilin yayında PSV-dən 19,5 milyon dollar qarşılığında “Barselona”ya transfer olunmuşdu. Həmin vaxt braziliyalı hücumçu futbol tarixinin ən bahalı oyunçusu kimi tanınırdı.
 
Kataloniya klubunda cəmi bir mövsüm çıxış edən Ronaldo 49 oyunda 47 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb. 1997-ci ilin yayında isə 27 milyon dollar qarşılığında İtaliya “İnter”inə keçib.
 
Xatırladaq ki, Ronaldo karyerası ərzində iki dəfə – 1997 və 2002-ci illərdə “Qızıl top” mükafatına layiq görülüb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest