Azərbaycan Premyer Liqasında XIII tura bu gün keçiriləcək iki oyunla start veriləcək.
Matc.az xəbər verir ki, günün ilk qarşılaşmasında “İmişli” “Şəfa”nı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da başlayacaq.
Hazırda “İmişli” 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Şəfa” isə 5 xalla 11-ci sıradadır.
Günün digər matçında “Neftçi” doğma meydanda “Zirə” ilə münasibətlərə aydınlıq gətirəcək. “Palms Sports Arena”da keçiriləcək görüş saat 19:00-da start götürəcək.
27 xalla turnir cədvəlinə liderlik edən “Neftçi” qələbə seriyasını davam etdirməyə çalışacaq. 20 xalı olan “Zirə” isə 5-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
27 noyabr
XIII tur
14:30. "İmişli" – "Şəfa"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu
19:00. "Neftçi" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"Palms Sports Arena"
Qeyd edək ki, XIII tura noyabrın 29-da yekun vurulacaq.













