Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək. Matc.az xəbər verir ki, həmin görüşlərdən sonra 13-cü tura yekun vurulacaq.
Günün ilk dueli Şamaxıda baş tutacaq. Burada eyni adlı komanda “Qəbələ” ilə üz-üzə gələcək. Oyunu baş hakim Rəşad Əhmədov idarə edəcək.
Digər qarşılaşma Suraxanıda keçiriləcək. “Qarabağ” bu dəfə “Sumqayıt”ı qəbul edəcək. Oyunun baş hakimi Kamranbəy Rəhimovdur.
Xatırladaq ki, daha öncə “İmişli” “Şəfa”ya (1:3) məğlub olubsa, “Neftçi” “Zirə”yə (1:0), “Turan Tovuz” “Kəpəz”ə (2:1), “Sabah” isə “Araz-Naxçıvan”a (2:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası
13-cü tur
29 noyabr
14:30 “Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu. Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev.
17:00 “Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”. Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev.













