29 Noyabr 2026, 10:30
FUTBOL
“Hazırda oyunun gedişinə nəzarət etməyi bacaran yeganə komanda “Arsenal”dır. Mövsüm ərzində dəfələrlə yeni çempionluq favoritlərindən danışmışıq. Əvvəlcə hamı düşünürdü ki, “Arsenal”ın ciddi rəqibi yoxdur”
“Arsenal”ın sabiq hücumçusu Tyeri Anri İngiltərə Premyer Liqasında çempionluq mübarizəsini dəyərləndirib/ Matc.az xəbər verir ki, fransalı mütəxəssis hazırda titulun əsas favoritinin hansı komanda olduğunu açıqlayıb.
Onun fikrincə, bu mövsüm digər rəqiblərlə müqayisədə daha stabil təsir bağışlayan komanda “Arsenal”dır.
Anri bildirib ki, mövsümün müxtəlif mərhələlərində bir neçə komanda çempionluğun əsas favoriti hesab olunsa da, onların çıxışında qeyri-sabitlik müşahidə edilib:
“Hazırda oyunun gedişinə nəzarət etməyi bacaran yeganə komanda “Arsenal”dır. Mövsüm ərzində dəfələrlə yeni çempionluq favoritlərindən danışmışıq. Əvvəlcə hamı düşünürdü ki, “Arsenal”ın ciddi rəqibi yoxdur.
Daha sonra “Mançester Siti” ardıcıl yeddi qələbə qazandı və hamı onları aşkar favorit hesab etməyə başladı. Lakin hazırda onlar dörd oyundur qələbə qazana bilmirlər. “Liverpul” isə əsas iddiaçılardan birinə çevrilib. “Brayton” da çempionluq uğrunda mübarizəni davam etdirsə də, ona o qədər diqqət ayrılmır.
Təbii ki, “Arsenal”ın “Brayton”la oyununu və ya “Nyukasl”la qarşılaşmanın ikinci hissəsindəki 25 dəqiqəlik uğursuz çıxışını xatırlatmaq olar. Ancaq ümumi mənzərəyə baxdıqda, ən stabil futbol nümayiş etdirən komanda məhz “Arsenal”dır. Rəqibləri gah önə çıxır, gah da yenidən mövqelərini itirirlər.
Mövsümün sonunda kimin çempion olacağını söyləmək çətindir. Ancaq hazırda ən inamlı təsir bağışlayan komanda “Arsenal”dır”.
Qeyd edək ki, hazırda “Arsenal” Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. London təmsilçisi ikinci pillədəki “Brayton”u 6 xal qabaqlayır.













