"Çərşənbə gününə qədər danışmaq üçün kifayət qədər mövzu olacaq: komanda uduzdu, pis oynadı, məşqçi səhvlərə yol verdi..."

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo La Liqanın XXX turunda “Alaves”ə 1:2 hesabı ilə məğlubiyyətdən sonra azarkeşlərin Vinisius Juniora qarşı etirazını və fit səslərini şərh edib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun komandanın digər üzvlərindən fərqlənmədiyini və məğlubiyyətə görə bütün məsuliyyəti üzərinə götürdüyünü bildirib.
 
Mourinyo açıqlamasında süni müzakirələr yaratmağa ehtiyac olmadığını vurğulayıb:
 
“Görünür, “Real Madrid” məğlub olanda bu, əsas müzakirə mövzusuna çevrilir. Çərşənbə gününə qədər danışmaq üçün kifayət qədər mövzu olacaq: komanda uduzdu, pis oynadı, məşqçi səhvlərə yol verdi...
 
Müzakirə ediləcək bu qədər məsələ olduğu halda, əlavə süni hekayələr yaratmağa ehtiyac yoxdur. Məsələn, Ardanın meydanı pis əhval-ruhiyyədə tərk etməsi, Vinisiusa və ya mənə qarşı fit səslərinin səsləndirilməsi kimi mövzuları qabartmaq düzgün deyil. Süni şəkildə gərginlik yaratmağın mənası yoxdur. “Real Madrid” məğlub olubsa, əlavə mövzular axtarmaqdansa, bu nəticəni təhlil etmək lazımdır. Bununla belə, nəticəyə görə məsuliyyət məşqçinin üzərinə düşür”.
 
Qeyd edək ki, “Real Madrid”in “Alaves”ə 1:2 hesabı ilə məğlubiyyəti komandanın çıxışı ilə bağlı tənqidləri artırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest