28 Noyabr 2026, 16:05
FUTBOL
“Milan”ın hücum xəttində yanvar transfer pəncərəsində dəyişikliklər gözlənilir.
Matc.az xəhər verir ki, Qonçalo Ramosun transferi qismən uğurlu olsa da, portuqaliyalı futbolçunun qol sayı gözləntiləri doğrultmayıb. Bu səbəbdən İtaliya klubu hücum xəttini gücləndirməyi planlaşdırır. “Milan”ın əsas hədəflərindən biri “Real Madrid”in futbolçusu Endrikdir. Lakin Matteo Morettonun məlumatına görə, klubun yeni idman direktoru olması gözlənilən Krosşe digər namizədləri də nəzərdən keçirir. Onlardan biri Arno Kalimuendodur.













