16 Avqust 2025, 14:07
FUTBOL
"Mançester Siti"nin və Braziliya millisinin qapıçısı Ederson "Qalatasaray"a keçməyə bir addım daha yaxınlaşıb.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Türkiyə klubu 31 yaşlı braziliyalı üçün ilk təklifi "vətəndaşlar"a göndərib. "Qalatasaray" futbolçu üçün 10 milyon avro ödəməyə hazırdır. Mançester klubunun isə oyunçusu üçün daha böyük məbləğ almaq istədiyi bildirilir.
Qeyd edək ki, Edersonun "Mançester Siti" ilə müqaviləsi gələn ilin yayına kimi hesablanıb. "Transfermarkt" onu 20 milyon avro qiymətləndirir.