PSJ-nin hücumçusu Li Kanq İn klubu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.

Bildirilir ki, 24 yaşlı futbolçu daha çox oyun vaxtı əldə etmək istəyir. PSJ layiqli təklif olarsa, oyunçu ilə ayrılmağa hazırdır.

Koreyalı futbolçu ilə "Mançester Yunayted", "Arsenal" və "Napoli" maraqlanır.

Qeyd edək ki, ötən mövsüm Li Kanq İn bütün turnirlərdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest