16 Avqust 2025, 09:50
FUTBOL
"İnter Mayami"nin 38 yaşlı argentinalı hücumçusu və kapitanı Lionel Messi zədəsini sağaldıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.
Bildirilir ki, komandanın baş məşqçisi Xavyer Maskerano futbolçunun sıraya döndüyünü açıqlayıb. Messi "Los-Anceles Qalaksi" ilə ev oyununda iştirak edə biləcək.
Xatırladaq ki, Lionel Messi meksikalı Nekaxa ilə Liqa Kubokunun 2-ci tur matçından (2:2, pen. 5:4) sonra meydana çıxmayıb. Bu oyunda argentinalı 11-ci dəqiqədə zədələnərək əvəzlənib.