"Fənərbaxça" və "Arsenal" Aleksandr Zinçenkonun transferi ilə bağlı razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" məlumat yayıb.

Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo 28 yaşlı ukraynalını komandasında görmək istəyir. "Fənərbaxça"nın idman direktoru Devin Özek "Arsenal"dakı həmkarı Andrea Berta ilə Zinçenkonun transferinin detallarını razılaşdırmaq üçün Londona gedib.

Türkiyə klubu 10 milyon avro təklif edib və tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Zinçenko 2022-ci ilin iyulundan 35 milyon avroya "Mançester Siti"dən keçdiyi vaxtdan "Arsenal"da oynayır. O, ötən mövsüm 23 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest