16 Avqust 2025, 14:36
FUTBOL
"Barselona" hücumçu Markus Reşfordu yeni mövsüm üçün iştirak ərizəsinə yazdırıb.
Matc.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti paylaşıb.
Beləliklə, futbolçu La Liqanın ilk turunda "Malyorka"ya qarşı oynaya biləcək.
Qeyd edək ki, 27 yaşlı ingilis "Mançester Yunayted"dən icarə əsasında katalonlara keçib. İcarə müqaviləsinə futbolçunun alınması maddəsi də daxildir.