16 Avqust 2025, 09:29
FUTBOL
"Bavariya"nın cinah oyunçusu Kinqsli Koman "Əl-Nəsr"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.
Transfer qiyməti 25 milyon avrodur. Müqavilə 30 iyun 2028-ci il tarixinədək imzalanıb.
Qeyd edək ki, Koman Münhen komandasının heyətində 339 oyun keçirib, 72 qol vurub və 71 məhsuldar ötürmə edib. 29 yaşlı futbolçu Fransa millisində isə 58 oyun keçirib, 8 qol vurub, 5 məhsuldar ötürmə edib.