"Liverpul"un vingeri Məhəmməd Salah vurduğu qolların sayına görə Premyer Liqa tarixində dördüncü pilləyə yüksəlib.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa sosial şəbəkədə hesabında məlumat yayıb.
Ötən gün "Liverpul" Premyer Liqanın açılış matçında "Bornmut"u 4:2 hesabı ilə məğlub edib. Salah bu görüşdə son qolu vurub və bu, onun Premyer Liqada 187-ci qolu olub. Bu, 33 yaşlı misirliyə turnir tarixinin ən yaxşı bombardirləri arasında Endi Kolu geridə qoyaraq dördüncü yerə yüksəlməyə imkan verib.
Qeyd edək ki, Koulun statistikasını unikal hesab etmək olar, çünki "Mançester Yunayted"in əfsanəsi vurduğu 187 qoldan 186-nı oyundan vurub. Endi cəmi iki dəfə penalti nöqtəsinə yaxınlaşıb və bir cəhdi qola çevirib.
Bundan əlavə, bu qol artıq Salahın Premyer Liqanın açılış mərhələsində onuncusu olub. O, öz rekordunu yeniləyib və eyni zamanda 10 qol fərqini də qıran birinci futbolçu olub. Məhəmməd Ueyn Runi, Alan Şirer, Ceymi Vardi və Frenk Lempardı iki qol qabaqlayır.