"Roma" "İnter"in Manu Kone ilə bağlı transfer təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Milan klubuna 24 yaşlı yarımmüdafiəçinin satılmadığı bildirilib. Gian Piero Gasperini Koneni özünün əsas oyunçularından biri kimi görür.

Qeyd edək ki, transferin qiyməti təxminən 50 milyon avro ola bilərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest