İtaliyanın "Atalanta" klubu "Mançester Yunayted"in müdafiəçisi Tayrell Malasia ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Gazzetta dello Sport" paylaşıb.

Bildirilir ki, A Seriyası təmsilçisi 25 yaşlı müdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, niderlandlı oyunçu cari ilin fevralından icarə əsasında PSV-də çıxış edib. O, 12 matçda meydanda olub. Müdafiəçinin Mançester təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest