25 May 2023, 10:19
FUTBOL
“Qrasshopper”in hücumçusu Renat Dadaşov Azərbaycan millisinə çağırılıb.
“Qrasshopper”in hücumçusu Renat Dadaşov Azərbaycan millisinə çağırılıb. Matc.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.
Qeyd olunub ki, “Qrasshopper” iyunun 19-da yeni mövsümün təlim-məşq toplanışına yığışacaq. Lakin 24 yaşlı forvard hazırlığın ilk günlərini buraxmalı olacaq. Çünki Renat həmin vaxt Azərbaycan millisinin düşərgəsində olacaq.
Yığmamız iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya ilə qarşılaşacaq. Bu görüş “Dalğa Arena”da baş tutacaq.