26 Noyabr 2026, 23:15
FUTBOL
TFF bu prosesin sonadək izləniləcəyini, hadisələrin ört-basdır edilməsinə və oxşar halların təkrarlanmasına imkan verilməyəcəyini bəyan edib.
Türkiyə Futbol Federasiyası (TFF) UEFA Avropa Liqasında “Beşiktaş”ın Gürcüstanda “Hapoel Beer-Şeva” ilə keçirdiyi oyun öncəsi və qarşılaşma zamanı azarkeşlərə qarşı baş verən hadisələrlə bağlı bəyanat yayıb. Matc.az xəbər verir ki, federasiya azarkeşlərə qarşı stadion daxilində və xaricində yol verilən münasibəti, davranışları və müdaxilələri qətiyyətlə pisləyib.
TFF bəyanatında idmanın universal dəyərlərinə, insan ləyaqətinə, qarşılıqlı hörmətə və “fair-play” prinsiplərinə zidd olan heç bir davranışın qəbul edilə bilməyəcəyini vurğulayıb. Ayrı-seçkilik, kənarlaşdırma və təhlükəsizlik nöqsanları ilə müşayiət olunan hallara göz yumulmasının yolverilməz olduğu bildirilib.
Federasiya hadisələrin bütün təfərrüatlarının araşdırılmasını, məsul şəxslərin müəyyənləşdirilməsini və onlara qarşı zəruri tədbirlərin gecikdirilmədən görülməsini tələb edib. TFF bu prosesin sonadək izləniləcəyini, hadisələrin ört-basdır edilməsinə və oxşar halların təkrarlanmasına imkan verilməyəcəyini bəyan edib.













