“Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Ceymi Rednapp  “Çelsi” klubuna Vircil van Deyki transfer etməyi tövsiyə edib.

Matc.az xəbər verir ki, sabiq futbolçu niderlandlı müdafiəçinin “Liverpul”la müqaviləsini yeniləməyəcəyi təqdirdə, yay transfer pəncərəsində “Çelsi”nin onun xidmətində maraqlı olmalı olduğunu bildirib.

Rednapp hesab edir ki, Van Deyk daha iki il yüksək səviyyədə çıxış edə bilər:

“Ümid edirəm ki, o, “Liverpul”da qalacaq. Ancaq “Çelsi”yə yayda Vircil van Deyki transfer etməyə çalışmağı məsləhət görərdim. Ondan beş il faydalanmaq mümkün olmaya bilər, amma düşünürəm ki, daha iki il ən yüksək səviyyədə oynaya bilər. Bu, əla transfer olardı. Ola bilsin ki, o, MLS-ə və ya başqa yerə getmək istəsin. Ancaq London da onun üçün cəlbedici ola bilər. Əgər “Liverpul”la yeni müqavilə imzalamasa, “Çelsi” məhz onu transfer etməyə çalışmalıdır”, - deyə Rednapp bildirib.

Qeyd edək ki, 2026/27 mövsümündə Van Deyk “Liverpul”un heyətində bütün turnirlərdə 17 matç keçirib. Bu görüşlərdə məhsuldar göstərici ilə yadda qalmayan müdafiəçi 3 sarı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest