PSJ-nin qapıçısı Luka Şevalye az oyun praktikasına görə qış transfer pəncərəsində komandanı tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb.

25 yaşlı fransalı qolkiper yanvarın 23-dən etibarən rəsmi matçlarda meydana çıxmayıb. Həmin vaxtdan Paris təmsilçisinin əsas qapıçısı Matvey Safonov olub.

Şevalye gələcəyi ilə bağlı baş məşqçi Luis Enrike və klubun idman məsələləri üzrə direktoru Luis Kamposla görüşməyi planlaşdırır. Qapıçı müntəzəm olaraq oyun təcrübəsi qazanmaq istəyir.

Tərəflər futbolçunun icarəyə verilməsi və ya birdəfəlik transferi variantlarını nəzərdən keçirirlər. Bununla belə, PSJ yalnız Şevalyenin əvəzləyicisini tapacağı təqdirdə onun gedişinə icazə verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest