Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası bu gün CEV Çelenc Kubokunda növbəti oyununa çıxacaq.
 
 

Matc.az xəbər verir ki, Durval De Santana Nunyesin rəhbərlik etdiyi kollektiv turnirin bu mərhələsində Polşanın “LKS” klubu ilə üz-üzə gələcək.

 

 

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “DH Volley” əvvəlki mərhələdə Danimarkanın “Holte” komandasını iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Təmsilçimiz ilk görüşdə 3:1, cavab matçında isə 3:0 hesabı ilə qələbə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest