26 Noyabr 2026, 12:43
DİGƏR
"Neftçi" komandası heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubdan Matc.az-a verilən məlumata görə, Bakı klubu amerikalı oyunçu Treyon Ceykobla mövsümün sonuna qədər müqavilə imzalayıb.
28 yaşlı təcrübəli legioner müdafiəçi mövqeyində çıxış edir.
Florida Beynəlxalq Universitetinin (FIU) məzunu olan Treyon Ceykob Avropa karyerası ərzində Böyük Britaniya, Finlandiya, Avstriya və Danimarka klublarının formasını geyinib. Onun son komandası isə Danimarka təmsilçisi "Horsens" olub.



_1795712706.jpg)






_1693395834.png)


