“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Litva Xarici İşlər Nazirliyinin “Litva diplomatiyası ulduzu” fəxri nişanı ilə təltif olunub.

Bakı klubundan Matc.az-a verilən məlumata görə, fəxri nişanı noyabrın 26-da Bakıda Litvanın xarici işlər naziri Kestutis Budris təqdim edib.

Nazir Dambrauskasın bir komandanı UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldən ilk litvalı baş məşqçi olduğunu vurğulayıb, əməyinə və Litvanı dünya futbol ictimaiyyətinə tanıtdığına görə ona təşəkkür edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest