İngiltərə Premyer Liqasının lideri “Arsenal” son matçlarda xal itkiləri ilə üzləşərək narahatlıq yaradıb. Matc.az xəbər verir ki, London klubu əvvəlcə “Nyukasl”la 2:2 hesablı heç-heçə edib, daha sonra Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə xalları bölüşüb. 
 
Mikel Artetanın komandası hər iki görüşdə oyuna nəzarət etsə də, hücumdakı səmərəsizlik diqqət çəkib. Dortmundla qarşılaşmada “Arsenal” 30 dəfə qapıya zərbə endirsə də, bunlardan yalnız dördü çərçivəyə düşüb. 
 
Komandanın əsas problemi yaratdığı qol imkanlarından lazımi səviyyədə yararlana bilməməsidir. Qarşıdakı turda londonluları “Mançester Siti” ilə prinsipial qarşılaşma gözləyir. Rəqibin də çətin dövr keçirməsi bu oyunun əhəmiyyətini daha da artırır. 
 
Çempionluq yarışında mövqelərini qorumaq istəyən Arteta üçün qarşıdakı sınaq mövsümün taleyinə təsir edə bilər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest