“Arsenal” “Brügge”nin hücumçusu Karlos Borjesi transfer etmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
London klubu 22 yaşlı portuqaliyalını yanvar transfer pəncərəsi üçün qısa namizədlər siyahısına daxil edib. “Arsenal” hücumun sol cinahını gücləndirmək istəyir və Borjesi əsas namizədlərdən biri kimi nəzərdən keçirir. Lakin Belçika təmsilçisi 2026/2027 mövsümünün ortasında futbolçunu satmaq niyyətində olmadığını bildirib.
Qeyd edək ki, Borjes cari mövsümdə 17 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə verib. O, İngiltərə futboluna da yad deyil. Portuqaliyalı futbolçu “Mançester Siti”nin akademiyasında yetişib, 2024/2025 mövsümündə icarə əsasında “Vulverhempton”da çıxış edib.
“Brügge” 2025-ci ildə futbolçunu “Ayaks”dan transfer edib. Onun Belçika klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.



_1795712706.jpg)









