İngiltərənin “Çelsi” klubu müdafiə xəttindəki problemləri aradan qaldırmaq məqsədilə Madrid “Real”ının müdafiəçisi Antonio Rüdigeri yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Matc.az xəbər verir ki, London təmsilçisi 33 yaşlı alman futbolçunu münasib qiymətə transfer etmək imkanını nəzərdən keçirir.
“Çelsi”nin baş məşqçisi Xabi Alonso son oyunlardakı uğursuz nəticələrə görə təzyiq altındadır. London klubu son beş qarşılaşmada cəmi bir qələbə qazanıb. Komanda bu müddətdə “Lids Yunayted”ə 1:4 hesabı ilə məğlub olub.
“Tottenhem”, “Aston Villa” və “Everton” klublarının sabiq skautu Brayan Kinqin fikrincə, Rüdigerin “Real”dan ayrılması real görünür. Belə ki, futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.
2022-ci ildə "Çelsi"dən ayrılaraq azad agent kimi “Real”a keçən müdafiəçi Madrid təmsilçisinin heyətində 190 oyun keçirib. Lakin son vaxtlar onun əsas heyətdəki mövqeyi zəifləyib. Rüdiger La Liqanın son beş turunda meydana çıxmayıb və oyun praktikasını əsasən Çempionlar Liqasında qazanıb.



_1795712706.jpg)





_1693395834.png)



