“Real” UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün ümumi mərhələsində vahid liderə çevrilib.

Matc.az xəbər verir ki, Madrid təmsilçisi turnirin beş turundan sonra maksimum nəticə göstərən yeganə komanda olaraq qalır. Bu, Fransanın PSJ klubunun ötən turda İtaliyanın “Roma” komandası ilə 2:2 hesablı heç-heçə etməsindən sonra mümkün olub.

Beləliklə, Luis Enrikenin rəhbərlik etdiyi PSJ 13 xalla ikinci pilləyə geriləyib. Joze Mourinyonun çalışdırdığı “Real” isə 15 xalla turnir cədvəlinə başçılıq edir.

Növbəti turda Madrid klubu səfərdə İngiltərənin “Arsenal” komandası ilə qarşılaşacaq. Görüş dekabrın 9-da keçiriləcək.

 

PSJ isə liderliyi geri qaytarmaq şansını qoruyur. Fransa nəhəngi növbəti matçda səfərdə “Aston Villa”nın qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest