“Burada çox uğurlu çıxış etmişəm. Yaxşı oyun keçirdik".

Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu "Barselona"nın futbolçusu Entoni Qordon Çempionlar Liqasının V turunda Bakıda "Sabah"ı 4:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

"İki qol vurdum və bundan məmnunam. Lakin komandamızın qələbəsi hər şeydən önəmlidir. Düşünürəm ki, çox yaxşı komandayıq. Dediyim kimi, səfər oyunu keçirmək həqiqətən çətindir. Azərbaycan gözəl ölkədir və burada olduğum üçün çox şadam. Ümumilikdə, yaxşı çıxış etdik və hər şeydən razıyam”, - deyə hücumçu qeyd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest