“Belə qarşılaşmalar hər zaman çətin olur. İlk hissədə 70 faizdən çox topa sahib olduq”. Matc.az xəbər verir ki, bunu “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisinin çalışdırıcısı buraxılan qola belə şərh verib: “Çox bəsit qol buraxdıq. Nəticə olaraq üç xalı qazandıq. İkinci hissədə daha intensiv oyun getdi. Digər futbolçulara çox şans vermək istədik. Üstünlük bizdə idi”.

Flik komandasının yol verdiyi səhvlərdən narazı qaldığını da vurğulayıb: "Narazı qaldığım yeganə məqam yol verdiyimiz səhvlərdir. Bunlar sadə səhvlər idi və belə halların qarşısını almalıyıq. İkinci hissədə qapımızda gördüyümüz qol da səhvdən qaynaqlandı. Bu, oynamaq istədiyimiz futbol deyil. Həmin çatışmazlıqları aradan qaldırmalıyıq".

Almaniyalı mütəxəssis dördüncü qolun müəllifi Qabriel Jezus haqqında xoş sözlər söyləyib. Onun sözlərinə görə, hər oyunda qazanılan qələbə komanda üçün vacibdi: “Səhv etmirəmsə, Azərbaycana dördüncü səfərimdir. Möhtəşəm şəhəriniz var, çox inkişaf edib. “Sabah” qəhrəmancasına mübarizə apardı. Komandaya uğurlar arzulayıram. Çempionlar Liqasında iştirak edirsənsə, demək ki, böyük klubsan”.

“Sabah” haqqında danışan Flik bildirib ki, bu komanda ortaya yaxşı iş qoyur: “Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol nümayiş etdirir. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar. Burada üç xal qazanmağımıza görə çox şadam. Düşünürəm ki, daim inkişaf etmək çox vacibdi. Burada gördüklərimdən belə qənaətə gəlirəm ki, onlar bu istiqamətdə çox yaxşı iş görüblər”.
 
Qeyd edək ki, "Barselona" "Sabah"  üzərində 4:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest