26 Noyabr 2026, 22:17
FUTBOL
Gürcüstanın Batumi şəhərində “Beşiktaş” azarkeşləri ilə hüquq-mühafizə orqanları arasında ciddi gərginlik yaşanıb. Matc.az xəbər verir ki, hadisə UEFA Avropa Liqasının V turu çərçivəsində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən oyundan əvvəl və eləcə də oyun zamanı baş verib.
Türkiyə mətbuatının məlumatına görə, “Beşiktaş” azarkeşlərinin tribunada Fələstin bayrağı açmasından sonra Gürcüstan polisi müdaxilə edib.
Müdaxilə zamanı polis əməkdaşları ilə “qara-ağlı” azarkeşlər arasında qarşıdurma yaranıb. Hadisə tribunada olan digər azarkeşlərin də etirazına səbəb olub. Bu səbəbdən oyun hazırda dayandırılıb.
İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.
Bundan başqa, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.














