Sabah Çempionlar Liqasında liqa mərhələsinin V turunun oyunları keçiriləcəl. Matc.az xəbər verir ki, təmsilçimiz “Sabah” Bakı Olimpiya Stadionunda “Barselona” ilə qarşılaşacaq. Qarşılaşma öncəsi xarici idman mediası komandaların ehtimal olunan start heyətlərini açıqlayıb.

“Sabah”

Valdas Dambrauskasın komandası meydana 4-2-3-1 sxemi ilə çıxacaq. “Vikinq”lə görüşdə qırmızı vərəqə alıb cəzalı duruma düşən mərkəz müdafiəçisi Aden Makkartinin yoxluğunda Stiv Solvetin tərəfdaşının Rəhman Daşdəmirov olacağı gözlənilir.

Qapıda Stas Pokatilov, cinahlarda Akim Zedadka və Timoteuş Puxaç yer alacaq. Yarımmüdafiə xəttində İvan Lepirnitsa ilə Umarali Raxmonaliyev cütlüyünün oynayacağı ehtimal edilir. Hücumda isə Orfe Mbinanın arxasında Kristian Nvaçukvu, Abdulax Xaybulayev və Velko Simiç üçlüyü şans qazanacaq.

Ehtimal olunan heyət: Stas Pokatilov, Akim Zedadka, Stiv Solvet, Rəhman Daşdəmirov (Erivaldo Almeyda), Timoteuş Puxaç, Umarali Raxmonaliyev, İvan Lepirnitsa, Kristian Nvaçukvu, Abdulax Xaybulayev, Velko Simiç, Orfe Mbina.

“Barselona”

Hansi Flik sağ topuğundakı narahatlığa görə Bakıya gətirilməyən Lamin Yamalın əvəzinə sağ cinahda Kərim Adeyemi və ya Rafinyaya güvənəcək. Xarici nəşrlərin ortaq rəyinə görə, kataloniyalılar meydana bu heyətlə çıxa bilər.

Ehtimal olunan heyət: Xoan Qarsiya, Erik Qarsiya, Pau Kubarsi, Jerar Martin, Joao Kanselo, Pedri, Frenki de Yonq (Mark Bernal), Fermin Lopes, Kərim Adeyemi, Antoni Qordon, Rafinya.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest