Mütəxəssis azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayaraq, stadionda möhtəşəm atmosfer yaratmaq və bu üstünlüyü qələbəyə çevirmək istədiklərini əlavə edib.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının V turunda “Aston Villa” ilə keçiriləcək oyun barədə danışıb. Matc.az xəbər verir ki, mütəxəssis qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında rəqibin güclü tərəflərini dəyərləndirib və komandasının qələbəyə kökləndiyini bildirib.
 
Buruk İngiltərə təmsilçisinin ötən mövsüm Avropa Liqasını qazandığını və Premyer Liqanı dördüncü pillədə başa vurduğunu xatırladıb. O, “Aston Villa”nın hazırda əvvəlki mövsümlə müqayisədə fərqli çıxış etsə də, getdikcə daha yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb.
Baş məşqçi Unay Emerinin Avropanın ən uğurlu mütəxəssislərindən biri olduğunu da qeyd edib. Onun sözlərinə görə, rəqibin Çempionlar Liqasında 9 xalı var, lakin “Qalatasaray”ın da son iki qələbədən sonra özünəinamı yüksəkdir.
 
Buruk doğma meydanda oynamağın üstünlüyündən maksimum yararlanmaq istədiklərini bildirib. O, Çempionlar Liqasında ötən mövsüm əldə etdikləri nəticəni yaxşılaşdırmağı qarşılarına məqsəd qoyduqlarını və “Aston Villa” ilə görüşün bu baxımdan mühüm əhəmiyyət daşıdığını söyləyib: “Bu oyun arzularımızı gerçəkləşdirmək baxımından vacibdir”.
 
Mütəxəssis azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayaraq, stadionda möhtəşəm atmosfer yaratmaq və bu üstünlüyü qələbəyə çevirmək istədiklərini əlavə edib.
 
Qeyd edək ki, “Qalatasaray” – “Aston Villa” qarşılaşması noyabrın 24-də İstanbulda keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest