23 Noyabr 2026, 19:35
FUTBOL
“Vilyarreal” növbəti görüşünü noyabrın 25-də səfərdə Çexiya təmsilçisi “Slaviya”ya (Praqa) qarşı keçirəcək.
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi olan İspaniyanın “Vilyarreal” klubu turnirdəki uğursuz seriya ilə diqqət çəkir.
Matc.az UEFA-ya istinadən xəbər verir ki, komanda yarışda keçirdiyi son 15 oyunun heç birində qapısını toxunulmaz saxlaya bilməyib.
Bu göstərici klub tarixinin antirekordu kimi qeydə alınıb.
“Vilyarreal” növbəti görüşünü noyabrın 25-də səfərdə Çexiya təmsilçisi “Slaviya”ya (Praqa) qarşı keçirəcək.
“Sabah” isə bu komanda ilə dekbarın 8-də İspaniyada üz-üzə gələcək.













