PSJ Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi qış transfer pəncərəsində heyətinə qatmaq istəyir.
Matc.az “The Touchline” nəşrinin “X” sosial şəbəkəsinə istinadən xəbər verir ki, Fransa klubu əvvəlcə Xviça Kvaratsxeliyanın zədələnməsindən sonra argentinalı futbolçunun transferindən imtina edib. Paris təmsilçisi yaranmış vəziyyətin nəzarət altında olduğunu düşünüb.
Lakin hücum xəttinin daha bir üzvü Dezire Due də zədələndikdən sonra PSJ-nin transfer planları dəyişib. Bildirilir ki, Fransa çempionu yanvar ayında Alvaresin transferini ciddi şəkildə nəzərdən keçirir.
Mənbənin məlumatına əsasən, futbolçu ilə şəxsi müqavilənin razılaşdırılmasında problem gözlənilmir. Transferin reallaşması isə PSJ-nin “Atletiko” ilə razılığa gəlib-gəlməyəcəyindən asılı olacaq.













