UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Sabah” – “Barselona” qarşılaşmasını Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Matc.az xəbər verir ki, oyunun baş hakimi Nikolas Uolş olacaq. Ona həmyerliləri Frensis Konor və Daniel MakFarlan yan xətt hakimləri kimi kömək edəcəklər. Donald Robertson dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
VAR hakimi Endryu Dallas, onun köməkçisi isə Stiven Maklin olacaq.
 
Qarşılaşmada UEFA-nın hakim-inspektoru vəzifəsini yunanıstanlı Stavros Tritsonis, UEFA nümayəndəsi funksiyasını isə xorvatiyalı İva Olivari-Ulişa yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest