“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill komandanın İngiltərə Premyer Liqasının XI turunda “Liverpul”a 0:4 hesabı ilə məğlub olmasını sərt tənqid edib. Matc.az “Sky Sports”a istinadən xəbər verir ki, keçmiş futbolçu “qırmızı şeytanlar”ın müdafiə xəttindəki problemlərdən və heyətin komplektləşdirilməsində yol verilən səhvlərdən narazılığını bildirib.
 
Nevill müdafiə mövqeyinə yeni futbolçuların cəlb olunmamasını ciddi nöqsan adlandırıb:
 
“Transfer pəncərəsində heç bir müdafiəçinin heyətə cəlb olunmaması səhlənkarlıqdır. Artıq iki-üç ildir ki, eyni vəziyyət təkrarlanır. Müdafiə xəttindəki dörd futbolçunun hər biri yalnız öz zonası ilə maraqlanır. Onların oyunu həqiqətən dəhşətlidir. Heyət açıqlananda çox təəccübləndik. “Mançester Yunayted”in qalib gəlməyəcəyinə əmin idim. Çoxlu qol buraxacaqlarını və saysız-hesabsız səhvlərə yol verəcəklərini gözləyirdim”.
 
Nevill komandanın hazırkı vəziyyətini isə son dərəcə acınacaqlı qiymətləndirib:
 
“İnsan düşünür ki, vəziyyət bundan daha nə qədər pis ola bilər? Amma son 54 ildə heç vaxt bu qədər bərbad vəziyyətlə üzləşməmişik”.
 
Qeyd edək ki, “Liverpul”la qarşılaşma Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi kimi debüt oyunu olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest