“Barselona”nın hücumçusu Lamin Yamal zədə səbəbindən “Sabah”la keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V tur matçında iştirak etməyəcək. Matc.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc futbolçunun sağ topuğunda narahatlıq yaranıb.
 
Ehtiyat tədbiri olaraq onun Azərbaycan səfərinə aparılmaması və qarşıdakı avrokubok matçını buraxması qərara alınıb.
 
Bununla belə, Yamalın bu həftəsonu La Liqada “Deportivo”ya qarşı keçiriləcək görüşdə meydana çıxması gözlənilir.
 
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest