“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının V turunda “Mançester Siti” ilə keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Mançester səfərinin çətin keçəcəyini etiraf etsə də, bu oyunun turnirdəki talelərini müəyyənləşdirməyəcəyini bildirib.
 
Alleqrinin sözlərinə görə, “Mançester Siti” Avropanın ən güclü komandalarından biridir və qarşılaşmada rəqibə qarşı həm topla, həm də topsuz düzgün oynamaq vacib olacaq:
 
“Bu, vacib və çox çətin oyundur, lakin növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə həlledici olmayacaq”.
 
O, komandasının Çempionlar Liqasının qalan üç turunda qələbə qazanmaq imkanına malik olduğunu və əsas məqsədlərinin növbəti mərhələyə yüksəlmək olduğunu qeyd edib. Alleqri “Portu” ilə əvvəlki qarşılaşmada buraxdıqları səhvləri təkrarlamamağın vacibliyinə də toxunub.
 
Mütəxəssis həmin görüşdə 70 dəqiqə ərzində yaxşı çıxış etdiklərini, lakin sonradan müdafiədə yol verdikləri səhvlərin rəqibə fürsətlər yaratdığını bildirib. Onun fikrincə, “Mançester Siti” kimi rəqibə qarşı belə boşluqlara yol vermək olmaz.
 
Qeyd edək ki, “Mançester Siti” – “Napoli” oyunu noyabrın 24-də İngiltərədə keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest