İngiltərənin “Liverpul” və “Mançester Yunayted” klubları Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının mərkəz müdafiəçisi Məhəmməd Simakanı transfer etməkdə maraqlıdır.
Matc.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı fransalı futbolçu həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində çıxış edə bilir.
Mənbənin bildirdiyinə görə, hələlik klublar arasında rəsmi təklif və ya ilkin danışıqlar olmayıb. “Əl-Nəsr” isə futbolçu ilə yollarını ayırmaq niyyətində deyil. Səudiyyə Ərəbistanı təmsilçisinin Simakanla uzunmüddətli müqaviləsinin olması danışıqlarda mövqeyini gücləndirir.
Qeyd edək ki, Məhəmməd Simakan ötən ilin yayında Almaniyanın “Leypsiq” klubundan “Əl-Nəsr”ə keçib.
Fransalı müdafiəçinin çıxışını İngiltərənin digər klubları – “Arsenal”, “Tottenhem” və “Nyukasl” da izləyir.













