“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının V turunda “Borussiya” (Dortmund) ilə bu gün gecə saatlarında keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında rəqibin hazırkı forması və London təmsilçisinin heyətindəki vəziyyət barədə danışıb.
 
Arteta Dortmund klubunun baş məşqçisi Niko Kovaçın rəhbərliyi altında nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.
 
Onun sözlərinə görə, Almaniya təmsilçisi həm Bundesliqada, həm də Çempionlar Liqasında yaxşı nəticələr əldə etməklə yanaşı, meydanda dominant futbol oynayır və ciddi qol imkanları yaradır: “Onların oyununu, matçlara nəzarət etmək bacarığını və yaratdıqları təhlükəni yüksək qiymətləndirirəm”. 
 
O, komandaların mövsümöncəsi hazırlıq çərçivəsində də üz-üzə gəldiyini və Dortmundun həmin görüşdə keyfiyyətini göstərdiyini xatırladıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest