“Mançester Siti”nin baş məşqçisi Enzo Fernandesə dəstək verib. Matc.az xəbər verir ki, Enzo Mareska komandanın son oyunlardakı uğursuz çıxışından sonra yarımmüdafiəçinin ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

Mütəxəssis komandanın oyun balansında müəyyən dəyişikliklərə ehtiyac olduğunu etiraf edib.

O, Enzo Fernandesin əvvəlki qələbələrdə də iştirak etdiyini xatırladaraq, uğursuz nəticələrə görə bütün məsuliyyətin bir futbolçunun üzərinə qoyulmasının düzgün olmadığını vurğulayıb.

Qeyd edək ki, “Mançester Siti” çempionatda ardıcıl üç məğlubiyyət alıb. Komanda bu gün “Fulhem”lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest