Azərbaycan Basketbol Liqasında II turun təxirə salınmış “Sabah” – “Gəncə” oyunu bu gün baş tutacaq. Matc.az xəbər verir ki, qarşılaşma Bakı İdman Sarayında saat 14:30-da start götürəcək.

“Sabah” 11 xalla turnir cədvəlinin lideridir. Gəncə təmsilçisi isə 8 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest